Abşeron rayonunda 1 yaşlı körpə bədbəxt hadisə nəticəsində ölüb.
Far.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsindəki fərdi yaşayış evlərindən birində baş verib.
Qəsəbə sakini 2025-ci il təvəllüdlü Müslüm Müslümlü yaşadığı evdə yemək yeyərkən qəfil boğazında qida qalıb. O, hadisə yerində boğulub ölüb.
Faktla bağlı araşdırma aparılır.