EN

“İranın dəniz blokadası uğursuzluğa məhkumdur” - Pezeşkian

“ABŞ-nin tətbiq etdiyi dəniz blokadası nəinki məqsədinə çatmayacaq, əksinə Fars körfəzi bölgəsində gərginliyi artıracaq və qeyri-sabitliyə səbəb olacaq”.

Missiya.Az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “Milli Körfəz Günü” münasibətilə yayımladığı mesajda deyib.

“Dəniz blokadası və ya məhdudiyyətlər tətbiq etmək üçün edilən hər hansı bir cəhd beynəlxalq hüquqa ziddir və uğursuzluğa məhkumdur”, - deyə siyasətçi vurğulayıb.

Pezeşkian qeyd edib ki, bu cür addımlar regional təhlükəsizliyi gücləndirmir, əksinə Fars körfəzində sabitliyi pozur və uzunmüddətli təhlükəsizlik mühitinə zərər vurur.

Daşqın HəsənovMissiya.Az

Chosen
46
missiya.az

1Sources