EN

Beynəlxalq konqresin iştirakçıları Azərbaycanın erkən əkinçilik mədəniyyəti haqqında məlumatlandırılıb

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 30 aprel, AZƏRTAC

Türkiyənin Harran Universitetinin ev sahibliyi ilə Beynəlxalq Göbəklitəpə Elmi Tədqiqatlar Konqresinin 14-cü iclası keçirilib.

AMEA Arxeologiya və Antropologiya İnstitutundan AZƏRTAC-a verilən məlumata görə, Beynəlxalq Elm və İncəsənət Araşdırma Mərkəzi (ISARC), Türkiyə İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) və Harran Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konqresdə müxtəlif ölkələrdən olan alimlərin elmi məruzələri dinlənilib. Tədbir çərçivəsində iştirakçılar üçün təşkil olunan mədəni ekskursiya proqramı da böyük maraqla qarşılanıb.

Konqresdə institutun baş elmi işçisi, tarix elmləri doktoru Vəfa Mahmudova iştirak edib. O, bölmə və panel iclaslarında “Azərbaycanın erkən əkinçilik mədəniyyətlərinin Yaxın Şərqin analoji mədəniyyətlərinin bəzi abidələrinə təsiri haqqında” mövzusunda məruzə ilə çıxış edib.

Vəfa Mahmudova Azərbaycanda aşkar edilmiş qədim yaşayış məskənlərinin tədqiqi nəticəsində əldə olunan elmi nəticələri iştirakçıların diqqətinə çatdırıb. Məruzədə Azərbaycanın Yaxın Şərqdə erkən əkinçi mədəniyyətlərinin formalaşmasında tutduğu yer və oynadığı rol geniş şəkildə izah olunub.

Böyük maraqla qarşılanan çıxışdan sonra alim iştirakçıların suallarını cavablandırıb.

Konqresin son günündə Vəfa Mahmudova sertifikatla təltif olunub. Sertifikat alimə konqresin prezidenti Sevcan Yıldız tərəfindən təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
37
azertag.az

1Sources