EN

Azərbaycan millisi Pakistanı məğlub etdi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması UEFA İnkişaf Turniri çərçivəsində sonuncu sınağına çıxıb.
Yenicag.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təmsilçimiz turnirdəki üçüncü matçında Pakistanın U-17 yığması ilə üz-üzə gəlib.
Qazaxıstanın Çimkənd şəhərindəki “Namys” stadionunda təşkil olunan gərgin qarşılaşma millimizin 1:0 hesablı minimal üstünlüyü ilə başa çatıb. Komandamıza qələbə qazandıran yeganə qola matçın 77-ci dəqiqəsində Nazim Əliyev imza atıb.
Beləliklə, baş məşqçi Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv dörd komandanın mübarizə apardığı turniri 5 xalla başa vurub.
Chosen
11
1
yenicag.az

2Sources