Metbuat.az xəbər verir ki, b fikirləri Bahar Muradova – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda çıxışı zamanı səsləndirib. O bildirib ki, son 20 il ərzində Azərbaycanda ailə, qadın və uşaq siyasəti sahəsində mühüm irəliləyişlər əldə olunub. Onun sözlərinə görə, bu istiqamət artıq institusional, hüquqi və praktiki mexanizmlərlə təmin olunaraq dövlət siyasətinin aparıcı sahələrindən birinə çevrilib.Komitə sədri qeyd edib ki, ailə və uşaq siyasəti sahəsində vahid dövlət idarəetmə sistemi formalaşdırılıb, normativ-hüquqi baza əhəmiyyətli dərəcədə inkişaf etdirilib və institusional mexanizmlər gücləndirilib. Eyni zamanda erkən nikahların qarşısının alınması, uşaqların hüquqlarının qorunması və ailə dəyərlərinin təşviqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.B. Muradova vurğulayıb ki, dövlət qurumları, yerli icra hakimiyyətləri, vətəndaş cəmiyyəti institutları və media ilə qurulan əməkdaşlıq bu sahədə davamlı inkişafın təmin edilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, müasir dövrdə informasiya və media vasitələrinin rolu həyata keçirilən tədbirlərin daha şəffaf və effektiv olmasına şərait yaradır.
Bahar Muradova qeyd edib ki, konfrans çərçivəsində müzakirə olunan məsələlər – ailə münasibətlərinə yönəlmiş qlobal çağırışlar, qadınların iqtisadi və sosial rolu, uşaqların rifahı və inklüziv inkişaf kimi istiqamətlər dövlət siyasətinin gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsinə töhfə verəcək.