EN

Putin və Tramp razılaşdı - Vasitəçilik davam edəcək

Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında baş tutan son telefon danışığında münaqişələrin həlli üçün vasitəçilik səylərinin davam etdirilməsi razılaşdırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Məlumata görə, tərəflər əlaqələrin saxlanılması və diplomatik kanalların açıq qalması barədə razılığa gəliblər, lakin yeni danışıqların vaxtı və ya nümayəndə heyətlərinin səfərləri ilə bağlı konkret tarixlər müəyyən edilməyib.

Peskov bildirib: “Vasitəçilik xidmətlərinin davam etdirilməsi barədə razılıq var, əlaqələr saxlanılacaq, lakin hələlik konkret detallar yoxdur”.

Qeyd olunub ki, tərəflər gələcək addımları situasiyanın inkişafına uyğun şəkildə müəyyənləşdirəcəklər.

Aminə ŞAHSUVARQIZI

 

Chosen
32
1
redaktor.az

2Sources