EN

ABŞ, İngiltərə və Fransa: Zarafatla başlayan diplomatik kriz

Fransa Prezidenti Emmanuel Makron, Kral III Çarlzın ABŞ-də səsləndirdiyi “İngiltərə olmasaydı, ABŞ fransızca danışardı” sözlərinə cavab verib.

"Cebheinfo.az" xəbər verir ki, Makron “X” platformasında Kral III Çarlzın ABŞ-yə səfəri zamanı Konqresdə etdiyi çıxışdan bir hissə paylaşıb.

Kral III Çarlzın ABŞ Prezidenti Donald Trampa “Biz olmasaydıq, siz də (ABŞ) fransızca danışardınız deyə bilərəmmi?” dediyi anlara aid görüntünü şərh edən Makron, “Bu, zərif olardı!” ifadəsini işlədib.

Xatırladaq ki, Kral III Çarlzın ABŞ-yə səfəri zamanı 29 aprel tarixində Konqresdə və onun şərəfinə təşkil olunan ziyafətdə etdiyi çıxışlarda zaman-zaman kinayəli ifadələrdən istifadə etməsi diqqət çəkib.

Çarlz Konqresdəki çıxışında irlandiyalı yazıçı Oscar Wildea istinad edərək ABŞ ilə hər şeylərinin ortaq olduğunu bildirib və “Dil istisna olmaqla” zarafatını edib.

Onun şərəfinə verilən ziyafətdə isə Trampın İkinci Dünya Müharibəsini xatırladaraq ABŞ olmasaydı Avropa ölkələrinin almanca danışacağına dair sözlərinə toxunan Çarlz, “Biz olmasaydıq, siz də (ABŞ) fransızca danışardınız deyə bilərəmmi?” ifadəsini işlədib.

Chosen
23
1
cebheinfo.az

2Sources