Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən taxıl yüklü vaqonlar Bakıdan yola salınıb.
Aznews.az xəbər verir ki, ümumi çəkisi 279 ton olan 4 ədəd taxıl, çəkisi 203 ton olan 3 ədəd vaqondan ibarət gübrə yüklü qatar Ermənistan Respublikasına göndərilib.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 1600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.