525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Uqandanın qərbində, Nquse çayında kanoenin aşması nəticəsində 30-dan çox insan həyatını itirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.
Dünən gecə baş verən faciədə cəmi 1 nəfəri xilas etmək mümkün olub. Kanoedəki sərnişinlərin siyahısı olmadığından ölənlərin kimliyi və dəqiq sayı bəlli deyil. Sağ qalanın bildirdiyinə görə qayıqda 35-40 nəfər var imiş.
Xilasedicilər axtarış əməliyyatlarını davam etdirirlər.
Qeyd edək ki, qəzanın baş vermə səbəbi bilinmir. 3 əsas ehtimal var: qayığın yüklənməsi, gecə vaxtı hərəkət və texniki problem.
L.Tağıyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.