EN

Milli Onkologiya Mərkəzində partlayış – Xəstə öldü, həkim yaralandı

Bu gün paytaxtın Yasamal rayonu ərazisində yerləşən Milli Onkologiya Mərkəzində partlayış olub.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, partlayış otaqların birində baş verib.

Bildirilib ki, xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb.

Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar.

Hazırda faktla bağlı araşdırma aparılır.

Chosen
34
12
heftelik.az

10Sources