Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bu ilin yanvar-mart aylarında Azərbaycanın özəl şirkətləri arasında qeyri-neft məhsullarının ən böyük ixracatçısı "Azerbaijan International Mining Company Limited" MMC olub.
Bakıvaxtı.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, şirkətin qeyd olunan dövrdə məhsul ixracı 85,3 milyon ABŞ dolları (il ərzində 4,08 dəfə və ya 64,4 milyon ABŞ dolları çox) təşkil edib.
Hesabat dövründə Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən 10 özəl şirkət 255,6 milyon ABŞ dolları məbləğində ixrac həyata keçirib ki, bu da 2025-ci ilin müvafiq dövrünün göstəricisi (95,9 milyon ABŞ dolları) ilə müqayisədə 2,6 dəfə və ya 159,7 milyon ABŞ dolları çoxdur.
Qeyri-neft məhsulları ixrac edən ən böyük 10 Azərbaycan şirkəti:
Şirkət
2026-cı ilin yanvar-mart aylarında ixrac həcmi (milyon ABŞ dolları ilə)
2025-cı ilin yanvar-mart aylarında ixrac həcmi (milyon ABŞ dolları ilə)
Faiz fərqi %
"Azerbaijan International Mining Company" MMC
85,3
20,9
308,13%
"Prime Cotton" MMC
43,2
22,1
95,48 %
"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC
27,8
6,1
355,74 %
"AGRARCO" MMC
27,6
5,9
367,8 %
"Baku Steel Company" QSC
19,9
11,7
70.09 %
"P-AQRO" MMC
12,1
9,7
24,74 %
"TABATERRA" MMC
11,5
5,4
112,96 %
"PRIME LM" MMC
10
0
-
"KHAN-EL" MMC
9,7
8,2
18,29 %
"MORS TRADING" MMC
8,5
5,9
44,07 %
Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz ixracı dəyər ifadəsində ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 % artaraq 862 milyon ABŞ dollarına çatıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.