EN

Arsenal ın futbolçusunun növbəti mövsümə harada başlayacağı bəlli oldu

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

Müqavilə ilə "Arsenal"a məxsus olan, bu ilin sentyabrından icarə əsasında "Portu"nun formasını geyinən müdafiəçi Yakub Kivyorun karyerasını harada davam etdirəcəyi dəqiqləşib.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

Məlumata görə, "Portu" 26 yaşlı polşalının transfer hüquqlarına yiyələnəcək. Mənbə Portuqaliya klubunun bu keçidir reallaşdırmaq "topçular"a 20 milyon avro ödəyəcəyini bildirib. Tərəflərin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə bağlayacaqları vurğulanıb.

Cari mövsüm Portuqaliya çempionatında 24 matça çıxan Kivyor 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, Avropa Liqasında keçirdiyi 8 qarşılaşmada da 1 assistlə diqqət çəkib.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
1
fanat.az

2Sources