
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp münaqişələrin tənzimlənməsi istiqamətində vasitəçilik fəaliyyətini davam etdirmək barədə razılığa gəliblər. Bu barədə aprelin 30-da Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, tərəflər arasında yeni danışıqların konkret tarixi hələ müəyyən edilməyib.
Peskov qeyd edib ki, razılaşmaya əsasən, vasitəçilik səyləri və qarşılıqlı təmaslar davam etdiriləcək, lakin bu mərhələdə detallarla bağlı dəqiq məlumat yoxdur.