EN

Pezeşkian Lukaşenkonu İranın ABŞ ilə danışıqlardakı mövqeyi barədə məlumatlandırıb

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Belarus və İran prezidentləri Aleksandr Lukaşenko ilə Məsud Pezeşkian telefon danışığı zamanı Fars körfəzindəki vəziyyəti müzakirə ediblər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Pezeşkian Fars körfəzi regionundakı cari vəziyyət, həmçinin Tehranın ABŞ ilə danışıqlardakı mövqeyi barədə Lukaşenkonu məlumatlandırıb.

Həmsöhbətlər qeyd ediblər ki, sülh razılaşmalarının əldə edilməsi üçün əsas maneə qarşılıqlı etimadın olmamasıdır.

Lukaşenko Belarusun münaqişənin tezliklə nizamlanmasında maraqlı olduğunu vurğulayıb. İran Prezidenti prinsipial və ardıcıl mövqeyinə görə ona təşəkkür edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
2
cebheinfo.az

3Sources