Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanının müavini Pavel Yelizarov Rusiyanın münaqişə çərçivəsində taktiki nüvə silahından istifadə edə biləcəyi ilə bağlı fikir səsləndirib.
Redaktor.az bu barədə “strana.ua” nəşrinə istinadla xəbər verir ki, Ukrayna tərəfindən Rusiya ərazisinə ballistik raketlərlə zərbələr intensivləşərsə, Moskva cavab olaraq taktiki nüvə silahından istifadə variantını nəzərdən keçirə bilər.
Yelizarovun sözlərinə əsasən, belə bir ssenari yalnız hərbi eskalasiyanın kəskin artacağı halda mümkün ola bilər və bu, hipotetik xarakter daşıyır.
Qeyd edək ki, son dövrlərdə münaqişə fonunda nüvə təhlükəsi ilə bağlı müxtəlif siyasi və hərbi bəyanatlar səsləndirilib. Həmçinin Rusiya tərəfi bəzi Qərb ölkələrinin Ukraynaya nüvə komponentləri ötürə biləcəyi iddialarını gündəmə gətirib və bu məsələ beynəlxalq müzakirələrə səbəb olub.
NURİYYƏ