EN

Yük maşını ilə şou göstərən sürücü yol polisi tərəfindən CƏZALANDIRILDI VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı-Qazax magistralında yol hərəkəti qaydalarının pozulması ilə bağlı növbəti hal qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, yolun Qaradağ rayonu ərazisindən keçən hissəsində yüksək sürətlə hərəkət edən yük avtomobili digər nəqliyyat vasitələri üçün təhlükə yaradıb.

Belə ki, "DAF" markalı, 77-VF-283 nömrə nişanlı yük maşını yolun sol zolağı ilə hərəkət edərək qaydaları pozub və riskli vəziyyət yaradıb.

Hadisə Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının əməkdaşları tərəfindən nəzarətə götürülüb. Aparılan araşdırmalar nəticəsində sürücünün Rüstəmzadə Əhsən olduğu müəyyənləşib və o saxlanılıb.

Sürücü ilə profilaktik söhbət aparılıb, ona yol hərəkəti qaydalarının tələbləri izah edilib. Qanun pozuntusuna görə barəsində inzibati tədbir görülüb.

DYP əməkdaşları sürücülərə bir daha xatırladır ki, xüsusilə magistral yollarda sürət həddinə riayət etmək və yol hərəkəti qaydalarını pozmamaq həm şəxsi təhlükəsizlik, həm də digər avtomobil idarəçilərinin həyatı üçün vacibdir.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
43
1
avtosfer.az

2Sources