EN

Abituriyentlərin DİQQƏTİNƏ - Yeni esse tapşırığının balı belə hesablanacaq – RƏSMİ

Xəbər verdiyimiz kimi, növbəti ildən etibarən  11-ci sinifin buraxılış imtahanında xarici dil fənnində yazı tapşırığı da salınacaq.

Belə ki, bu tapşırığa əsasən abituriyentlər öz fikirlərini ən azı 100 sözdən ibarət bir mətnlə təqdim etməlidirlər.

Yeni tapşırıqla bağlı yaranan suallardan biri də onun abituriyentə neçə bal verəcəyidir.

Qeyd edək ki, magistratura imtahanında  esse maksimium 5 balla qiymətləndirilir.

Bəs bu, buraxılış imtahanında necə olacaq?

Bizim.Media mövzuyla bağlı  Dövlət İmtahan Mərkəzinə sorğu ünvanlayıb:

Mərkəzin mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, şagirdlər essedən  maksimium olaraq 5 bal toplaya bilərlər.

O, bu balın necə hesablanacağını da açıqlayıb:

"Xarici dil fənləri də digər fənlər kimi ümumilikdə 100 ballıq şkaladan qiymətləndirilir. Həmin şkalada isə əgər maksimal formada tapşırığı yerinə yetirsələr, hesablamalar nəticəsində 16.67 bal toplamış olacaqlar".

Nəzrin Mirzəyeva, Bizim.Media

Chosen
56
2
bizim.media

3Sources