EN

İlham Əliyev İrpenin fəxri vətəndaşı elan edildi

prezident
Prezident İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İrpen şəhər Şurasının rəhbəri, şəhərin meri vəzifəsini icra edən Anjela Makeyeva feysbuk hesabında məlumat yayıb.
Bildirilib ki, müvafiq qərar şəhər şurasının bu gün keçirilən iclasında qəbul edilib:
“Bir icma olaraq, bizi Azərbaycan xalqı və şəxsən Prezident Əliyevlə uzun bir dostluq və tərəfdaşlıq tarixi bağlayır. Əməkdaşlıqdan əlavə, bizi sıx mədəni və tarixi əlaqələr və ortaq sülh arzusu birləşdirir”.
Qeyd edilib ki, Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən Azərbaycan şəhərə hərtərəfli dəstək veriblər:
“Azərbaycan hökumətinin köməyi ilə “Dilçi” liseyini və şəhər poliklinikasını bərpa etdik və çox tezliklə Prezidentlərimizin son görüşü zamanı təhvil verilmiş yeni elektrik avtobusları İrpinə gələcək.
Chosen
37
9
yeniavaz.com

10Sources