EN

"Bacarıqsız kansler" — Tramp Almaniya liderini yerlə-yeksan etdi: "Öz işinlə məşğul ol"

ABŞ Prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Mertsin tənqidlərinə özünəməxsus sərt üslubda cavab verib.

Musavat.com xəbər verir ki, Ağ Ev rəhbəri "Truth Social" platformasında paylaşdığı mesajda almaniyalı həmkarını kəskin ittihamlarla hədəf alıb. Tramp qeyd edib ki, Almaniya kansleri vaxtını başqalarının işinə qarışmaq əvəzinə, öz ölkəsinin problemlərinə sərf etməlidir.

"Almaniya kansleri vaxtını Rusiya və Ukrayna arasındakı müharibəni (hansı ki, o, bu məsələdə tamamilə səmərəsiz oldu!) dayandırmağa və ölkəsinin, xüsusən də immiqrasiya və energetika sahəsindəki problemlərini düzəltməyə daha çox ayırmalıdır", - deyə prezident vurğulayıb.

Tramp həmçinin əlavə edib ki, Merts İranın nüvə təhdidini aradan qaldıranların fəaliyyətinə mane olmaqdan əl çəkməlidir, çünki bu addımlar Almaniya da daxil olmaqla bütün dünyanı daha təhlükəsiz edir. Bu bəyanat Vaşinqton və Berlin arasındakı diplomatik çatların daha da dərinləşdiyini göstərir.

Trampın bu çıxışını Avropanın aparıcı liderlərinə qarşı "açıq savaş" elanı kimi qiymətləndirilir. Xüsusilə Almaniyanın enerji böhranı və miqrasiya siyasətinin ABŞ lideri tərəfindən hədəf seçilməsi iki ölkə arasındakı münasibətləri gərginləşdirən əsas faktorlardan biri kimi çıxış edir. Hazırda Almaniya tərəfinin bu ağır ittihamlara verəcəyi cavab beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla gözlənilir.

Musavat.com

Chosen
96
50
musavat.com

10Sources