EN

Ukraynada həlak olan azərbaycanlı gənc dəfn olundu – mərasimdə duyğusal anlar

Ukraynanın azadlığı uğrunda döyüşlərdə həlak olan azərbaycanlı gənc İsmayıl Əsgərov son mənzilə yola salınıb.

Musavat.com xəbər verir ki, 2005-ci il təvəllüdlü Əsgərov İsmayıl Aris oğlu Ukraynanın Poltava vilayətinin İvonçentsi kəndində yerləşən müsəlman qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində yerli ictimaiyyət nümayəndələri, hərbçilər və diaspora fəalları iştirak ediblər. Mərasimin təşkilatçılığını Ukrayna Azərbaycanlıları Radasının Poltava vilayəti üzrə sədri Füzuli Qənbərov həyata keçirib. Vida mərasimi Ukrayna himninin səslənməsi və yaylım atəşi ilə müşayiət olunub.

Füzuli Qənbərov və İsmayılın atası Aris

Bildirilib ki, ukraynalılar mərhumun cənazə karvanını xüsusi ehtiramla qarşılayaraq, yol kənarında diz çökərək onu son mənzilə yola salıblar.

Qeyd edək ki, İsmayıl Əsgərov aprelin 18-də Donetsk vilayətinin Pokrovsk rayonuna bağlı Şevçenko qəsəbəsində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdu.

20 yaşlı soydaşımıza Allah rəhmət eləsin.



Musavat.com

Chosen
28
musavat.com

1Sources