EN

ABŞ-də “uçan taksi” dövrü başlayır

ABŞ-də ilk dəfə elektrikli uçan taksi sınaq uçuşunu uğurla həyata keçirib.

“CNN” xəbər verir ki, Nyu-Yorkun Manhattan bölgəsindən “Con Kennedi” adına hava limanına qədər olan məsafəni qət edən bu texnologiya sayəsində 1 saatlıq yol cəmi 10 dəqiqəyə düşəcək.

Böyük batareyalı drona bənzəyən bu elektrikli hava vasitəsi pilotla birlikdə beş sərnişin daşımaq qabiliyyətinə malikdir. Helikopter kimi şaquli şəkildə qalxa bilsə də, elektrikli mühərriki sayəsində səssiz işləyir və ətrafa heç bir zərərli tullantı buraxmır. Bu da onu tamamilə ekoloji təmiz bir nəqliyyat vasitəsinə çevirir.

Hazırda sınaq uçuşları davam etsə də, texniki hazırlıqların böyük hissəsi tamamlanıb. Layihənin əsas məqsədi Nyu-Yorkun ən sıx bölgələrində sərnişinlərin tıxaclarda itirdiyi vaxtı minimuma endirmək və nəqliyyat sistemini daha sürətli, effektiv formaya salmaqdır.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

1Sources