Sumqayıtda suyun verilişində fasilə yaranacaq
Sumqayıt şəhərinin bir sıra yaşayış məntəqələrini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar sabah gün ərzində suyun verilişində müvəqqəti fasilə olacaq.Sumqayıt Sukanal idarəsindən BUTA.TV-a bildirilib ki, fasilə 41A, 42, 49 və 76-cı məhəllələri, həmçinin Yaşıldərə yaşayış massivinin bəzi hissələrini əhatə edəcək. Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra suyun verilişi mərhələli şəkildə bərpa olunacaq.