EN

Partlayışda ağır yaralanan həkim kimdir? - DOSYE

Bu gün paytaxtda yerləşən Milli Onkologiya Mərkəzi-nin otaqlarından birində baş verən partlayış zamanı həkim radioloq Asif Nəsirli ağır yaralanıb.

Musavat.com xəbər verir ki, məlumat Goycay City səhifəsində paylaşılıb.

Bildirilib ki, Asif Nəsirli 1999–2005-ci illərdə Azərbaycan Tibb Universiteti-nin Müalicə-profilaktika fakültəsində təhsil alıb.

2005–2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura keçən həkim, 2006–2008-ci illərdə burada kliniki ordinatura təhsili alıb.

2008-ci ildən etibarən isə o, mərkəzin Şüa terapiyası şöbəsi və Uşaq klinikasında radiasion onkoloq kimi fəaliyyət göstərir.

Hadisə nəticəsində həkimin ağır yaralandığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.

Musavat.com

Chosen
57
33
musavat.com

10Sources