EN

“Qazaxıstan Dəmir Yolları”nın törəmə şirkəti Bakı Gəmiqayırma Zavoduna iki gəmi sifariş edib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Astana, 30 aprel, AZƏRTAC

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı məqsədilə “Qazaxıstan Dəmir Yolları” (QDY) şirkətinin törəmə müəssisəsi Bakı Gəmiqayırma Zavodunda iki gəminin tikintisini sifariş edib.

AZƏRTAC “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti Səhmdar Cəmiyyətinə istinadla xəbər verir ki, “QDY Express Shipping” şirkəti altı ədəd universal quru yükdaşıyan konteyner gəmisinin tikintisinə dair müqavilələr bağlayıb.

Dörd gəminin tikintisi üçün “Jiangsu Haizhongzhou Shipping Industry Co., Ltd.” şirkəti ilə, daha iki gəminin tikintisi üçün isə Bakı Gəmiqayırma Zavodu ilə müqavilələr imzalanıb.

Layihə Qazaxıstanın Trans-Xəzər marşrutu üzrə mövqelərinin möhkəmləndirilməsinə və marşrutun dayanıqlı dəniz komponentinin formalaşdırılmasına yönəlib.

“Çay–dəniz” sinfinə aid olacaq gəmilərin dedveyti (gəminin tam yükqaldırma qabiliyyəti) 9900 tona qədər, tutumu isə 537 iyirmi fut ekvivalentinə qədər olacaq.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
58
2
azertag.az

3Sources