Fransa Prezidenti Emmanuel Makron xanımı Bricit Makron ilə birlikdə mayın əvvəlində Ermənistana səfər edəcək. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib.
Paşinyanın sözlərinə görə, Fransa lideri mayın 5-i axşam saatlarında Gümrüyə səfər edəcək. Səfər çərçivəsində şəhərin mərkəzi meydanında Ermənistan-Fransa dostluğuna həsr olunmuş konsert proqramı təşkil olunacaq.
Makronun səfəri mayın 4-də İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutacaq.