EN

Qəbələdə keçirilən Azərbaycan Çexiya biznes forumu regionlarımızı turizm xəritəsində gücləndirir ŞƏRH

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 30 aprel, AZƏRTAC

Azərbaycan-Çexiya biznes-forumunun Azərbaycanda, xüsusilə də Qəbələdə keçirilməsi iqtisadi əməkdaşlığın genişlənməsi və ticari tərəfdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu cür tədbirlərin regionlarda təşkili ölkənin balanslı iqtisadi inkişaf strategiyasına uyğun olmaqla yanaşı, yerli potensialın beynəlxalq səviyyədə tanıdılmasına da xidmət edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova bildirib.

Günay Hüseynova diqqətə çatdırıb ki, forumun paytaxtdan kənarda keçirilməsi, ilk növbədə, regionun turizm sektoruna müsbət təsir göstərəcək: “Əvvəllər turist axını əsasən Bakıya yönəlirdi və bölgələr bu prosesdən kənarda qalırdı. Qəbələ kimi turizm potensialı yüksək olan ərazilərdə beynəlxalq tədbirlərin təşkili xarici investorların və turistlərin diqqətini regionlara yönəldir”.

O vurğulayıb ki, forum, eyni zamanda, xarici təcrübənin öyrənilməsi baxımından da əhəmiyyətlidir. Ekspertin sözlərinə görə, Çexiya alternativ enerji sahəsində ixtisaslaşmış ölkələrdən biridir: “Qeyri-neft sektorunun inkişafı Azərbaycanın əsas prioritetlərindəndir. Təbii ehtiyatların tükənən olması nəzərə alınarsa, alternativ enerji sahəsində xarici təcrübənin tətbiqi uzunmüddətli iqtisadi dayanıqlığa töhfə verə bilər. Bu, həm gəlirliliyin artmasına, həm də dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azalmasına şərait yaradar”.

Ekspert əlavə edib ki, əməkdaşlıq kənd təsərrüfatı sektorunda da yeni imkanlar açır. “Hazırda Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı üçün tərəfdaş bazarların genişləndirilməsinə ehtiyac var. Çexiya ilə ticari əlaqələrin inkişafı yerli məhsulların Avropa bazarlarına çıxışını asanlaşdıra bilər. Bu isə istehsal həcminin və gəlirliliyin artmasına, qeyri-neft sektorunun valyuta gəlirlərinin yüksəlməsinə müsbət təsir göstərəcək”, - deyə o əlavə edib.

G.Hüseynovanın fikrincə, bu kimi forumlar regionların iqtisadi aktivliyini artırmaqla yanaşı, Azərbaycanın investisiya cəlbediciliyini də gücləndirir.

Müxbir - Pərvanə Qafarova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
38
1
azertag.az

2Sources