EN

Rusiya sanksiyalara baxmayaraq texnologiyaların 90%-dən çoxunu Çindən alır

Avropa İttifaqı Pekinə təzyiqi artırmaqdan çəkinir...

Poliqon xəbər verir ki, Bloomberg Agentliyinin məlumatına görə, Rusiya sanksiyalar altında olan texnologiyaların 90%-dən çoxunu Çin vasitəsilə əldə edir. Mənbələrin bildirdiyinə əsasən, söhbət əsasən yarımkeçiricilər, elektronika və silah istehsalı üçün zəruri olan digər avadanlıqların tədarükündən gedir. Bu sahədə Çinin payı ötən il təxminən 80% olduğu halda, hazırda 90%-i keçib.

Qeyd olunur ki, bu tədarük kanalları sayəsində Rusiya raket və pilotsuz uçuş aparatlarının istehsalını əhəmiyyətli dərəcədə artırmağa nail olub. Avropa İttifaqı isə bu prosesin qarşısını almaq məqsədilə müxtəlif məhdudiyyətlər tətbiq edir, o cümlədən Çin və Honq Konqda fəaliyyət göstərən şirkətlərə qarşı sanksiyalar tətbiq olunur. Bununla belə, görülən tədbirlərin effektivliyi hələ də məhdud olaraq qalır.

Agentliyin məlumatına görə, Çin Rusiyaya yalnız texnoloji komponentlər deyil, həm də geoi̇nformasiya məlumatları, peyk görüntüləri və pilotsuz sistemlər kimi əlavə resurslar təqdim etməyə davam edir. Bu isə Moskvanın hərbi imkanlarının genişlənməsinə əlavə dəstək verir.

Bununla yanaşı, Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti Pekinə qarşı sanksiyaların daha da sərtləşdirilməsinə hazır deyil. Səbəb kimi isə mümkün iqtisadi nəticələr və Çinlə ticarət əlaqələrinin zərər görməsi ilə bağlı narahatlıqlar göstərilir.

Poliqon.info

Chosen
51
poliqon.info

1Sources