Bu gün Azərbaycan Premyer Liqasının 21-ci turundan təxirə salınmış bir oyun keçirilib.
İdmanxeber.az xəbər verir ki, “Neftçi” öz meydanında “Qarabağ”ı qəbul edib. Matç “ağ-qaralar”ın qələbəsilə başa çatıb – 1:0. Bu nəticənin ardından “Neftçi” 47 xalla 4-cü pilləyə yükslib.
Əzəli rəqiblərin ilk dövrədəki oyununda “Qarabağ” 2:0, 3-cü dövrənin aprelin 26-da keçirilən matçında isə 5:1 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, “Qarabağ”ın bu oyunda məğlub olması “Sabah”ı sona 4 tur qalmış çempion edib.
30 aprel (cümə axşamı)
20:00.“Neftçi” – “Qarabağ” 2:1
Qol: Emil Səfərov (1:0), Elvin Bədəlov (1:1) (a.q), Bassalu Sambu (2:1)
“Palms Sports Arena”