Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Mərkəzi Bankı da faiz dərəcələrini dəyişməz saxlayıb.
Banco.az xəbər verir ki, inflyasiya ilə bağlı mənzərə Avrozonada da faiz siyasəti üzrə rəsmilərin “gözlə və müşahidə et” yanaşmasına üstünlük verməsinə səbəb olub.
Avropa Mərkəzi Bankı (ECB) depozit faiz dərəcəsini 2 faiz səviyyəsində sabit saxlayıb. Bloomberg tərəfindən keçirilən sorğuda iştirak edən iqtisadçıların gözləntisi də faizin dəyişməyəcəyi istiqamətində idi.
Bank əsas yenidən maliyyələşdirmə faizini 2,15 faiz, gecəlik borcvermə dərəcəsini isə 2,40 faiz səviyyəsində saxlayıb.
ECB-nin İdarə Heyəti qərar mətnində bildirib: “İnflyasiya üzrə yuxarı yönlü risklər və iqtisadi artım üzrə aşağı yönlü risklər artıb. İdarə Heyəti mövcud qeyri-müəyyənliyi idarə etmək üçün əlverişli mövqedədir”.
İnflyasiyanın orta müddətli dövrdə 2 faiz səviyyəsində saxlanılması ilə bağlı qətiyyətini vurğulayan ECB həmçinin İranla bağlı münaqişəyə də diqqət çəkib.
Bizi sosial şəbəkələrdən izləyin!!