Braziliya futbolunun son onillikdəki ən parlaq simalarından olan Neymarın gələcəyi ilə bağlı bütün proqnozları alt-üst edəcək xəbərlər yayılmağa başlayıb.
Fanat.Az xəbər verir ki, Türkiyə mətbuatında yer alan iddialara görə, "Qalatasaray" klubu mövsümün sonunda müqaviləsi başa çatacaq ulduz futbolçu ilə yaxından maraqlanır.
Hazırda karyerasını ölkəsində davam etdirən 34 yaşlı hücumçunun yenidən Avropanın nəhəng arenalarında və UEFA Çempionlar Liqasında çıxış etmək istədiyi bildirilir.
İstanbul təmsilçisinin rəhbərliyi Neymarın transferi üçün artıq ilkin araşdırmalara başlayıb və futbolçunun hazırkı sağlamlıq durumu ilə bağlı "Santos" klubundan rəsmi məlumat tələb edəcək.