Yeni qanun layihəsi avtomobil və proqram təminatına tam məhdudiyyət nəzərdə tutur...
Poliqon xəbər verir ki, NBC News telekanalının məlumatına görə, ABŞ-də respublikaçı senator Bernie Moreno və demokrat senator Elissa Slotkin Çin istehsalı olan avtomobil məhsullarının ABŞ bazarına girişini tam qadağan edən qanunvericilik təşəbbüsü ilə çıxış ediblər.
Təklif olunan qanun layihəsi yalnız Çində istehsal olunan avtomobilləri deyil, həm də Çin şirkətləri ilə əməkdaşlıq çərçivəsində hazırlanan nəqliyyat vasitələri, ehtiyat hissələri və proqram təminatını da əhatə edir. Eyni zamanda, ABŞ tərəfindən “düşmən ölkə” kimi qiymətləndirilən digər dövlətlərlə birgə istehsal edilən məhsullar da bu qadağaya daxil edilə bilər.
Senator Bernie Moreno bildirib ki, bu təşəbbüs hətta Çin avtomobillərinin müvəqqəti idxalını belə istisna edir və məqsəd ABŞ bazarını tam şəkildə xarici təsirlərdən qorumaqdır.
“Beləliklə, biz Amerika bazarını Çin avtomobil sənayesinə qarşı tamamilə hermetik şəkildə bağlayırıq”, deyə senator vurğulayıb.
Analitiklər hesab edirlər ki, bu addım ABŞ və Çin arasında ticarət gərginliyini daha da artıraraq qlobal avtomobil sənayesində yeni qarşıdurma mərhələsinə səbəb ola bilər.
Poliqon.info