EN

Rusiyada neft emalı 2009-cu ildən bəri ən aşağı səviyyəyə düşüb

Ukraynanın neft infrastruktur zərbələri Rusiyanın istehsal həcmini ciddi şəkildə azaldıb...

Poliqon xəbər verir ki, Bloomberg Agentliyinin məlumatına görə, Rusiya-da neft emalı həcmi 2009-cu ildən bəri ən aşağı səviyyəyə enib. Göstəricilərin azalması neft infrastrukturuna edilən hücumlar fonunda qeydə alınıb.

Məlumata görə, neft emalı həcmi sutkada 4,69 milyon barrel təşkil edib ki, bu da ötən illə müqayisədə 12 faiz, 2021-ci ilin göstəriciləri ilə müqayisədə isə 18 faiz azalma deməkdir.

Aprel ayında neft infrastrukturuna ən azı 21 hücum qeydə alınıb və bu, ilin əvvəlindən bəri ən yüksək göstəricilərdən biri hesab olunur. Hücumlar həm neft emalı zavodlarını, həm də nəqliyyat və ixrac sistemlərini əhatə edib.

Məlumata əsasən, azı 9 neft emalı zavodu zərbələrə məruz qalıb, onlardan 5-i ya tam, ya da qismən fəaliyyətini dayandırıb. Bu isə ölkənin emal gücünə ciddi təsir göstərib.

Bundan əlavə, hücumlar boru kəməri sistemi və dəniz infrastrukturu, o cümlədən Baltik dənizi limanlarını da əhatə edib. Bu vəziyyət ixrac marşrutlarında əlavə risklər yaradıb.

Analitiklər hesab edirlər ki, davam edən təzyiqlər Rusiya enerji sektorunun sabitliyinə və qlobal neft bazarlarına təsir göstərməkdə davam edə bilər.

Poliqon.info

Chosen
44
poliqon.info

1Sources