EN

Alkoqolsuz pivənin faydası var imiş

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Pivənin tərkibində sinir sisteminin işi və maddələr mübadiləsi üçün həyati əhəmiyyət kəsb edən B6 vitamininin olduğu müəyyən edilib. Alimlər müxtəlif növ içkiləri analiz edərək bu nəticəyə gəliblər.Demokrat.az xəbər verir ki, "Food and Beverage Chemistry/Biochemistry" jurnalında dərc olunan araşdırma zamanı 65 fərqli pivə növü sınaqdan keçirilib.Tədqiqat göstərib ki, bir litr pivədə B6 vitamininin səviyyəsi 95-dən 1000 mikroqrama qədər dəyişə bilir. Ən yüksək göstəricilər tünd və tərkibi zəngin olan sortlarda ("bok-bir") qeydə alınıb. Düyü və buğda pivələrində isə bu vitaminin miqdarı daha azdır.Tədqiqatın ən maraqlı məqamı alkoqolsuz pivə ilə bağlıdır. Məlum olub ki, alkoqolun çıxarılması faydalı maddələri məhv etmir və alkoqolsuz pivə vitamin zənginliyinə görə adi pivədən geri qalmır. Alimlər bildirirlər ki, vitaminin miqdarı istehsal texnologiyasından deyil, birbaşa xammaldan, yəni taxılın növündən və səməni miqdarından asılıdır.Həkimlər xəbərdarlıq edirlər ki, alkoqolun zərərlərini nəzərə alaraq, pivəni vitamin mənbəyi kimi qəbul etmək düzgün deyil. Lakin sağlam alternativ axtaranlar üçün alkoqolsuz pivə rasionda müəyyən rol oynaya bilər.Yəni, pivənin tərkibində sinir sisteminə faydalı vitaminlər olsa da, alkoqolun ziyanına görə onu içmək məsləhət deyil, lakin alkoqolsuz variantı bu vitamini almaq üçün daha təhlükəsiz yoldur.Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
99
demokrat.az

1Sources