Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
QOL.az xəbər verir ki, Türkiyəli mütəxəssis Arda Turanın çaıışdırdığı Ukrayna "Şaxtyor"u final uğrunda mübarizədə İngiltərənin "Kristal Pelas"la üz-üzə gəlib və məğlub olub.
Digər görüşdə isə "Strasburq" (Fransa) İspaniyada "Rayo Valekano"ya uduzub.
Qeyd edək ki, yarımfinalın cavab görüşləri mayın 7-də keçiriləcək.
30 aprel
UEFA Konfrans Liqası
Yarımfinal, ilk oyunlar
23:00. "Rayo Valekano" (İspaniya) – "Strasburq" (Fransa) - 1:0
Qol: Alemao, 54
23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) – "Kristal Pelas" (İngiltərə) - 1:3
Qollar: Oçeretko, 47 - Sarr, 1, Kamada, 58, Larsen, 84