EN

Tokayev investorları və mütəxəssisləri cəlb etmək üçün miqrasiya siyasəti islahatını təsdiqləyib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəyə investorların, İT mütəxəssislərinin və ixtisaslı kadrların cəlb edilməsinə yönəlmiş miqrasiya siyasəti islahatı haqqında fərman imzalayıb.

"Far.Az"un "Zakon.kz"ə istinadən məlumatına görə, sənəd təşviq əsaslı miqrasiya modelinə keçidi və investorlar və mütəxəssislər üçün "Altın viza" ("Qızıl visa") tətbiqini nəzərdə tutur.

Viza sürətləndirilmiş şəkildə veriləcək və dövlət xidmətlərinə geniş çıxış imkanı, eləcə də bir sıra vergi güzəştləri təmin edəcək.

Fərman həmçinin miqrasiya prosedurlarının rəqəmsallaşdırılmasını, xarici diplomların tanınmasının sadələşdirilməsi, "bir pəncərə" xidmətlərinin yaradılmasını, Astana və Almatıda ingilisdilli xidmət zonalarının inkişaf etdirilməsini nəzərdə tutur.

Bunlardan əlavə biznes investorları, ixtisaslı mütəxəssislər və investisiya layihəsi iştirakçıları üçün yeni viza kateqoriyaları da tətbiq olunur.

Chosen
47
far.az

1Sources