EN

ABŞ-də məktəbə silahlı hücum olub, 5 nəfər yaralanıb

BAKI, 1 may. TELEQRAF

ABŞ-nin Vaşinqton ştatında bir məktəbə bıçaqlı hücum nəticəsində ən azı beş nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Məlumata görə, hadisə saat 12:00-dan sonra Takoma liseyində baş verib. Beş nəfər xəstəxanaya yerləşdirilib, onlardan dördünün vəziyyətinin ağır olduğu bildirilir.

Şübhəli şəxs saxlanılıb. Onun şəxsiyyəti və ya hadisənin motivi barədə məlumat hələlik açıqlanmayıb.

Chosen
116
teleqraf.com

1Sources