Qazaxıstan Türkiyənin "Bayraktar" pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə bağlı hələlik qərar verməyib.
"Ölkə.az" xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik PUA-ların istehsalının gələcəyi ilə bağlı məsələnin hələ işlənmə mərhələsində olduğunu bildirib.
"Daha ətraflı məlumat xidməti xarakter daşıyır və yayılmasına icazə verilmir", — deyə Müdafiə Nazirliyindən vurğulanıb.