EN

Trampın məhdudiyyətləri işinə yaradı? - İranda iqtisadi vəziyyət 

ABŞ-nin Hörmüz boğazında tətbiq etdiyi blokada İran iqtisadiyyatını hədəf alaraq neft gəlirlərini kəsir və Tehranın ciddi saxlama və hasilat böhranı ilə üzləşməsinə səbəb olur. Mütəxəssislərin fikrincə, anbarların dolması halında hasilatın dayanması və neft quyularının qalıcı zədələnməsi ehtimalı böhranı daha da dərinləşdirə bilər. ABŞ Prezidenti Donald Trampın "bombadan daha təsirli” adlandırdığı bu blokada strategiyası ilə Vaşinqton İranı danışıqlar masasında “təslim olmağa” məcbur etməyi hədəfləyir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, müharibənin başlanğıcından etibarən əsas mövqedə olan və Tehran hakimiyyətinə ABŞ qarşısında manevr imkanları yaradan Hörmüz boğazı Vaşinqtonun əks blokada addımı ilə qüvvələr nisbətini dəyişmiş ola bilər. Neft gəlirlərindən məhrum qalan İran eyni zamanda hasil etdiyi nefti ixrac edə bilməməsi səbəbindən yaranan saxlama böhranı ilə üz-üzədir. ABŞ-nin gözləntisi ondan ibarətdir ki, müharibədən əvvəl də iqtisadi çətinliklər yaşayan ölkədə Hörmüz blokadası vasitəsilə maliyyə və iqtisadi problemlər daha da dərinləşdirilərək İran rəhbərliyi geri çəkilməyə məcbur edilsin.

Belə ki, İran nüvə məsələsi ilə Hörmüz probleminin bir-birindən ayrılmasını tələb edir və ilk növbədə boğazın açılmasını istəyir. Lakin Donald Tramp tərəfindən geri addım atılacağına dair hər hansı siqnal verilmir.

Chosen
15
manset.az

1Sources