EN

Pentaqon Trampa İrana zərbələr üçün yeni əməliyyat seçimləri təqdim edib

Pentaqon ABŞ Prezidenti Donald Trampa İranla bağlı mümkün hərbi əməliyyatlar üçün yeni planlar təqdim edib.

Missiya.Az xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Rəsmilər bildiriblər ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper və Birgə Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn Trampla İranın hədəf alınması ilə bağlı müxtəlif əməliyyat variantları barədə brifinq keçiriblər.

Məlumata görə, görüş təxminən 45 dəqiqə davam edib.

Qeyd olunub ki, görüş zamanı Amerika lideri mümkün addımlar üçün ətraflı hərbi seçimlər və ssenarilər barədə məlumatlandırılıb.

Daşqın Həsənov

Missiya.Az

Chosen
48
missiya.az

1Sources