EN

Tanınmış ekspert həbsxanada vəfat etdi Cəzasının bitməsinə 6 ay qalmışdı

Yenisabah portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin İnformasiya texnologiyaları departamentinin keçmiş müdiri, informasiya və kommunikasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev həbsxanada vəfat edib.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

İ.Əliyev 54 yaşında cəza çəkdiyi həbsxanada dünyasını dəyişib. Onun ölümünə xəstəlik səbəb olub. 

Qeyd edək ki, Əliyev İlqar İbrahim oğlu 1972-ci ildə Salyan rayonunun Arbatan kəndində anadan olub. Salyan şəhər 4 saylı orta məktəbini bitirib.

Azərbaycan Banklar Assosasiyasında ekspert kimi çalışıb.

İlqar Əliyev 2023- cü ildə satış məqsədi olmadan narkotik maddə əldə edib saxlama ittihamı ilə məhkum olunmuş və 4 il azadlıqdan məhrum edilmişdi. Daha sonra cəzası 2 ay əvvəl 4 ildən 3 ilə endirilmışdi. Həbsdən çıxmağına 6 ay qalmışdı.

Onun 4 azyaşlı övladı var.

Aydan Hacı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
6
yenisabah.az

7Sources