EN

Britaniya kralı Trampın qərarını bir qədəh viski ilə qeyd edəcək

Böyük Britaniya Kralı III Çarlz ABŞ Prezidenti Donald Trampın onun xahişi ilə Şotland viskisinə qarşı rüsumlardan imtina etməsini alqışlayıb.

Musavat.com xəbər verir ki, məlumatı Bukingem Sarayının sözçüsü yayıb: "Krala Prezident Trampın səmimi jesti barədə məlumat verildi. O, Britaniya viski sənayesinə və işçilərinə dərin təsir göstərəcək bu qərara görə səmimi təşəkkürünü bildirir. Əlahəzrətləri Prezidentin diqqətinə və səxavətli qonaqpərvərliyinə bir stəkan viski qaldıracaq".

Qeyd edək ki, aprelin 30-da Tramp III Çarlzın xahişi ilə Şotland viskisi istehsalına qarşı rüsumlardan imtina edəcəyini açıqlayıb. Bloomberg xəbər verir ki, Böyük Britaniya bu sənayedəki tarif tədbirləri səbəbindən ayda təxminən 27 milyon dollar itirir.

III Çarlz 27-30 aprel tarixlərində ABŞ-a dövlət səfəri edib. O, Konqresdə çıxış edib və Tramp tərəfindən Ağ Evdə qəbul edilib.

Musavat.com

Chosen
43
musavat.com

1Sources