EN

Evdən işləməyin təhlükələri nələrdir? -Həkim AÇIQLADI

Distant işləmək ilk baxışdan rahat görünsə də, sağlamlıq üçün ciddi risklər yarada bilər.

Redaktor.az xəbər verir ki, bu haqda cərrah Aleksandr Umnov lenta.ru-ya bildirib.

Həkimin sözlərinə görə, ən böyük problemlərdən biri oturaq həyat tərzidir. İnsanlar işə gedib-gəlmədiyi, daha az hərəkət etdiyi üçün bel, boyun və oynaqlarda problemlər yaranır. Xüsusilə divanda və ya yataqda işləmək bel nahiyəsində qan dövranını zəiflədir, bel ağrıları və varikoz riskini artırır.

Mütəxəssis qeyd edir ki, noutbukda uzun müddət başı aşağı vəziyyətdə işləmək boyun fəqərələrinə əlavə yük salır. Bu isə boyun ağrısı, başgicəllənmə, disk yırtığı və çiyin ağrılarına səbəb ola bilər. Siçan və klaviaturadan düzgün istifadə edilməməsi də əllərdə keyimə və ağrı yaradır. Bundan əlavə, zəif işıqlandırma və ekranın düzgün yerləşdirilməməsi göz yorğunluğu və görmə problemlərinə gətirib çıxarır.

Həkim evdən işləyənlərə düzgün iş mühiti qurmağı tövsiyə edir. Ekran göz səviyyəsində olmalı, stul bel hissəsini dəstəkləməli, ayaqlar yerə tam dayanmalıdır. Həmçinin hər saat ayağa qalxmaq, qısa fasilələr etmək və yüngül hərəkətlər etmək vacib sayılır.

Umnov vurğulayır ki, boyun ağrısı, əl keyiməsi və ya davamlı narahatlıq normal hal deyil və iş şəraitinin yenidən təşkil edilməsinə ehtiyac olduğunu göstərir.

Aytəkin TOFİQQIZI

Chosen
49
1
redaktor.az

2Sources