EN

Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı

Bu gündən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə verilən müavinət üçün yenilik tətbiq olunacaq.

Publika.az Oxu.Az-a istinadla bildirir ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət tibb müəssisəsi tərəfindən elektron sənəd formasında tərtib edilmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə ötürülmüş xəstəlik vərəqinə dair məlumatlara əsasən əmək qabiliyyətinin müvəqqəti itirildiyi təqvim günləri üçün veriləcək.

Müavinət almaq hüququ ən azı altı ay sosial sığorta stajı olan şəxslərə şamil ediləcək.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirildiyi birinci gündən başlayaraq əmək qabiliyyəti bərpa olunanadək, lakin bir ildən çox olmayan dövr üçün verilir.

Bu müavinətin aylıq maksimal məbləği əmək pensiyasının minimum məbləğinin 25 mislindən və ya sığortaolunanın (əlavə iş yeri olduqda isə əsas və əlavə iş yerində cəmi qazancı nəzərə alınmaqla) aylıq vəzifə maaşı və ya tarif dərəcəsinin (vaxtamuzd əməkhaqqı alanlar üçün vaxtamuzd, işəmuzd əməkhaqqı alanlar üçün isə işəmuzd əməkhaqqı) iki qatından (istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi istisna olmaqla) artıq ola bilməz.

Chosen
35
6
publika.az

10Sources