EN

Elməddin mənə guya narkotik çəkdiyimi, əkdiyimi və satdığımı dedi

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

İmişli rayonunda 39 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 17-də rayonun kəndlərindən birində baş verib. 1987-ci il təvəllüdlü Anar həmin gün saat 17:30-da kəndi ərazisində həmkəndlisi Elməddin ilə mübahisə edib. Mübahisəyə səbəb Elməddinin Anarın haqqında yaşadığı kənd ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar yayması səbəbindən yaranıb. Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı o, əlindəki ağac parçası ilə Elməddinin baş və sağ çiyin nahiyəsinə vurub. İş üzrə ifadə verən Anar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Elməddin ilə  bir neçə ildir aralarında mübahisəli vəziyyət var: “Elməddin bir neçə il olar ki, qardaşım Xəlilə guya mənim narkotik əkdiyimi və satdığımı deyib. Qardaşım da məndən bu barədə soruşdu. Mən elə bir halın olmadığını dedim. Qardaşımdan bu sözü kimin dediyini soruşsam da, o, heç nə demədi, eşitdiyini bildirdi”. Anarın sözlərinə görə, 2024-cü ilin dekabr ayının ortalarında İmişli rayonunda təşkil edilən heyvan bazarında olarkən Elməddinlə onun arasında mübahisə yaranıb:“Elməddin mənə guya narkotik çəkdiyimi, əkdiyimi və satdığımı dedi. Həmin vaxt ona əhəmiyyət vermədim. Elməddin qardaşım Xəlilə də dediyini bildirdi. Həmin vaxt Xəlilə bu barədə yalan məlumat verən şəxsin Elməddin olmasını bildim. Bundan bir neçə ay sonra motosikletlə evə tərəf getdim. Elməddini də yolda fermasından çıxan gördüm. Elməddini motosikletə mindirdim və birlikdə onun evinə tərəf gəldik. Həmin vaxt Elməddinə nə üçün belə bir söz danışmasını, niyyətinin kimə nə eşitdirmək olduğunu dedim. Elməddin də eşitdiyini söylədi. Bunu kimin deməsini, yoxsa əl çəkməyəcəyimi dedim. Bunun üstündə aramızda mübahisə yarandı. Mübahisə zamanı o, məni döydü. Mən də özümü müdafiə etmək üçün Elməddinə əl-qol atdım. Ona nə qədər məni buraxması üçün qışqırdım. Amma buraxmadı, məni döyməyə davam etdi”. Təqsirləndirilən şəxs deyib ki, 2025-ci ilin mayın 17-də, saat 17 radələrində İmişli rayonunun kəndində, yol kənarında qaynı Adiflə söhbət edən zaman uzaqdan Elməddinin həmkəndliləri Musa kişini saxlatdırdığını və onun idarə etdiyi motosikletin yük yerinə oturduğunu görüb: “Yanıma çatanda yerdən bir ağac parçası götürdüm və ona tərəf atdım. Ağac Elməddinin başına dəydi və o, motosikletdən yerə yıxıldı. Sonra isə yerdən duraraq qaçdı. Sonra da barəmdə polisə məlumat verdi”.İş üzrə zərərçəkmiş Elməddinin sözlərinə görə, Anarın qardaşı Xəlil ilə qonşudur:“Təxminən 2004-2005-ci illərdə Xəlil həyət qapısının qarşısından keçən su arxına su borusu qoydurdu, yolun enliyi isə çox ensiz oldu. Həmin yoldan keçməklə bəndə qalxmışıq. Mənim də təsərrüfatım olduğu üçün traktor vasitəsilə heyvanların zibillərini daşımışam. Həmin vaxt hava yağışlı və yer sürüşkən olub. Traktorla orada keçən zaman traktorda olan heyvana məxsus zibillər su arxına töküldü. O vaxt Xəlil mənə su arxının içərisini təmizləməyi dedi. Mən də hava yağışlı olduğu üçün bunun mümkün olmadığını dedim. Bunun üstündə aramızda mübahisə yarandı və Xəlil birdə bu yoldan keçə bilməyəcəyimi dedi. Mən də keçəcəyimi dedim. Qayıdanda Xəlil üstümə tüfənglə gəldi və havaya atəş açdım. Buna görə Xəlil barəsində polisə məlumat verdim. Bununla bağlı araşdırma aparıldı və sonda şikayətimi geri götürdüm. Hazırda da Xəlillə münasibətim yaxşıdır, heç bir ədavətim və ya düşmənçiliyim olmayıb. Lakin Xəlilin qardaşı Anar mənimlə buna görə ədavət saxlayır və buna görə də tez-tez mənimlə mübahisə edir”. Elməddin qeyd edib ki, 2024-cü ilin dekabr ayının ortalarında İmişli rayonunun kəndində təşkil edilən heyvan bazarında Anar üstümə gələrək mənimlə mübahisə etdi. Guya kənddə onun narkotik əkdiyini, satdığını deməyimi, həmçinin qardaşını o vaxt polisə verməyimi bildirdi. Buna görə də aramızda mübahisə yarandı. Həmin vaxtdan sonra kənddə yerləşən fermada olan zaman Anar oraya gəldi və yenə də orada mənimlə mübahisə etdi. Mən onu başa saldım və oradan uzaqlaşdırdım. Lakin Anar bunlara baxmayaraq mənimlə həmin köhnə ədavətini davam etdirdi və qardaşı Xəlillə barışmağıma baxmayaraq mənimlə ədavət apardı”. Zərərçəkmişin sözlərinə görə, bundan bir neçə ay sonra fermasından çıxaraq evinə gələn zaman Anar da motosikletlə evinə tərəf gedib: “Məni də motosikletə götürdü, birlikdə evimə tərəf gəldik. Çatanda  motosikletdən düşən zaman məni qəfil yumruqla vurdu. Mən Anarın vurmasını gözləməmişəm. Məni qəfil vurdu. Bundan sonra polisə şikayət etdim. Lakin şikayət verdikdən az sonra Anarın ailəsi gələrək məndən xahiş etdikdən sonra şikayətimi geri götürdüm”. Zərərçəkmiş qeyd edib ki, 2025-ci ilin may ayının əvvəllərində fermadan evinə gələn zaman Anarı görüb: “Anar da məni gördü. Sonra evimə tərəf getdim və tez də evdən çıxdım. O, isə oradan uzaqlaşdı, onu görmədim. Anarın məni vurmaq istədiyini fikirləşmişəm. Bundan sonra ötən ilin mayın 17-də, saat 17 radələrində fermadan evimə tərəf gəldim. Evimin yaxınlığında, motosikletdə olan zaman Anar da yolda əlində ağac dayanmışdı. Həmin vaxt Anar üstümə hücum edərək bir dəfə başıma, bir dəfə də kürəyimə ağacla vurdu. Məni söyüb, təhqir etdi. Bu zaman isə Anar guya haradasa onun barəsində narkotik əkməsi və satmasını deməyimi bildirdi. Lakin əslində isə belə bir söz olmayıb. Anarın barəsində heç yerdə bu cür söz deməmişəm”.İmişli Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib. O, cinayət məsuliyyətindən azad edilib və cinayət təqibinə xitam verilib.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
40
demokrat.az

1Sources