EN

Fələstin və İsrail nümayəndələri FIFA Konqresində əl sıxmaqdan imtina etdilər

FİFA prezidenti Canni İnfantino Fələstin Futbol Assosiasiyasının prezidenti Cibril Rajub və İsrail Futbol Assosiasiyasının Vitse-prezidenti Bəsim Şeyx Süleymanın təşkilatın Vankuverdə keçirilən 76-cı Konqresində birgə şəkil çəkdirmək təklifini rədd edib.

Redaktor.az xəbər verir ki, bundan sonra İnfantino kürsüyə qalxaraq Fələstin və İsrailin FİFA üzvləri kimi bərabər hüquq və vəzifələrə malik olduğunu bildirib və tərəfləri birgə əməkdaşlığa çağırıb.

O, daha sonra hər iki tərəfin nümayəndələrinə yaxınlaşaraq yenidən əl sıxmağı təklif edib. Lakin Fələstin nümayəndəsi bu təklifdən yenidən imtina edib.

Qeyd olunub ki, aprelin 30-da FİFA-nın 76-cı Konqresində Canni İnfantino İran milli komandasının turnirdə iştirakını təsdiqləyib.

Aminə ŞAHSUVARQIZI

 

Chosen
37
1
redaktor.az

2Sources