EN

Azərbaycan idmanı yüksək diqqət və qayğı ilə əhatə olunub

Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Təbii ki, buna görə ilk növbədə, dövlətimizin idmana göstərdiyi diqqət və qayğını xüsusi vurğulamaq lazımdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu sahədə həyata keçirilən düzgün və məqsədyönlü dövlət siyasəti sayəsində ölkəmiz Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilib.

         Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmana və idmançılara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Bu diqqət və qayğının nəticəsidir ki, idmançılarımız beynəlxalq arenada böyük uğurlar qazanır, Azərbaycanı layiqincə təmsil edirlər.

         Onu da qeyd edək ki, ölkəmiz dünyanın ən mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan sadəcə beynəlxalq idman yarışlarında uğurlu iştirakla deyil, həm də kütləvi turnirlərin keçirilməsi sahəsində əldə etdiyi təcrübə və yüksək təşkilatçılıq örnəyi ilə dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrilib.

         Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi bir çox mötəbər beynəlxalq idman tədbirlərinə, dünya çempionatlarına evsahibliyi edib. Bütün bunlar Azərbaycanda idmana kütləvi marağın artmasına böyük zəmin yaratmışdır.

         Bu gün Azərbaycanda idmanın inkişafı sistemli və davamlı xarakter daşıyır. Müxtəlif idman növləri üzrə federasiyalar fəaliyyət göstərir və onların işi dövlət tərəfindən dəstəklənir. Xüsusilə Azərbaycan Güləş Federasiyası kimi qurumlar idmanın inkişafında mühüm rol oynayır. Bu federasiyalar gənc idmançıların yetişdirilməsi, onların beynəlxalq yarışlara hazırlanması və idman ənənələrinin qorunması istiqamətində mühüm işlər görür.

         Cənab Prezident İlham Əliyevin idmançılarla müntəzəm görüşləri, onların uğurlarını yüksək qiymətləndirməsi və göstərdiyi diqqət idmançılar üçün böyük motivasiya mənbəyidir. Bu görüşlər idmançılara göstərilən dövlət qayğısının bariz nümunəsidir və onların daha böyük nailiyyətlər əldə etməsinə stimul verir.

         Belə görüşlərdən biri də aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.

         Görüş zamanı dövlət başçısı güləşçiləri qazandıqları uğur münasibətilə təbrik etmiş, onların əzmkarlığını və vətənpərvərliyini xüsusi vurğulamışdır. Prezident İlham Əliyevin güləşçilərlə görüşü ölkədə idmanın inkişafına verilən önəmin göstəricisidir. Bu diqqət və qayğı sayəsində Azərbaycan idmançıları beynəlxalq arenada daha böyük uğurlar qazanmağa davam edəcəklər.

         Son zamanlar idmançılarımız əldə etdiyi qələbələrlə yeni şanlı səhifələr yazır və üçrəngli bayrağımızı beynəlxalq arenalarda dalğalandırmaqla xalqımıza böyük qürur hissi yaşadırlar.

 

Dürsədəf Kərimova, Paralimpiya çempionu, əməkdar idman ustası

Chosen
91
1
azerforum.com

10Sources