EN

İsrail yenidən İrana zərbə endirə bilər – Müdafiə naziri rəsmən bəyan etdi

İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, Tehranın yenidən təhlükəyə çevrilməsinin qarşısını almaq üçün İsrail yaxın zamanda yenidən hərəkətə keçə bilər.

Musavat.com xəbər verir ki, Kats aprelin 30-da yaydığı bəyanatda bildirib:

“Bu səyləri dəstəkləyirik və zəruri yardımı göstəririk, lakin bu məqsədlərə nail olmaq üçün yaxın zamanda yenidən hərəkətə keçməli ola bilərik.”

İsrail mediası yazır ki, Tel-Əviv İranın nüvə proqramı, raket infrastrukturu və bölgədəki təsir imkanlarını əsas təhlükə hesab edir. Analitiklərə görə, bu açıqlama ABŞ–İran gərginliyinin artdığı və bölgədə yeni hərbi eskalasiya ehtimalının müzakirə olunduğu vaxta təsadüf edir.

Musavat.com

Chosen
40
musavat.com

1Sources