EN

Trampdan Almaniyaya ağır cəza: 40 minlik ordu geri çəkilir, Avropanın müdafiə qalxanı çökür!

ABŞ Prezidenti Donald Trampın Almaniyadakı Amerika hərbi kontingentini geri çəkmək barədə gözlənilməz bəyanatı Pentaqon və NATO müttəfiqləri arasında əsl şok effekti yaradıb.

Musavat.com xəbər verir ki, "Politico" nəşrinin məlumatına görə, Müdafiə Nazirliyinin bir çox yüksək rütbəli rəsmisi bu strateji qərar barədə ilk dəfə prezidentin "Truth Social" şəbəkəsindəki paylaşımından xəbər tutublar. Məlumata görə, Pentaqonun hazırda qoşunların ixtisarı ilə bağlı heç bir rəsmi planı və ya hazırlığı yoxdur. Almaniya rəsmiləri də son vaxtlar aparılan konstruktiv danışıqlardan sonra belə bir addımın atılmasından təəccüblərini ifadə ediblər. Berlin tərəfi xəbərdarlıq edib ki, Trampın "qaba hədə-qorxu siyasəti" öz həddinə çatıb və qoşunların çıxarılması nəinki Avropanı, həm də Amerikanın özünü ciddi şəkildə zəiflədəcək.

Hazırda Almaniyada 35-40 min civarında ABŞ hərbi qulluqçusu yerləşir və bura Vaşinqtonun Avropadakı əsas hərbi infrastrukturu və komandanlıq mərkəzidir. Ekspertlər qeyd edirlər ki, ABŞ-ın hazırda İranla müharibə şəraitində olduğu bir vaxtda belə nəhəng bir kontingentin sürətlə geri çəkilməsi həm logistik baxımdan imkansız görünür, həm də hədsiz dərəcədə baha başa gələcək.

Bu qərarın Trampın Almaniya kansleri Fridrix Merts ilə yaşadığı şəxsi gərginlikdən qaynaqlandığı ehtimal edilir. Hazırda Ağ Evin bu istiqamətdə hansı hüquqi addımları atacağı beynəlxalq birliyin diqqət mərkəzindədir.

Musavat.com

Chosen
15
musavat.com

1Sources