EN

Azərbaycanda balıq ovu qadağan edildi

Bu gündən Azərbaycanda bütün su hövzələrində sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu qadağan edilir.

"Unikal" xəbər verir ki, Nazirlər Kabinetinin 2 iyun 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioresursları ovunun Qaydaları"na əsasən, balıqların kürüləmə dövrü ilə əlaqədar olaraq sənaye məqsədilə balıq və digər su bioresurslarının ovuna qadağa sentyabrın 1-nə qədər davam edəcək.

"Balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri müəyyən edilmiş qaydalara əməl etməyə, qadağan olunmuş müddətlərdə və qadağan edilmiş alətlərlə balıq ovundan çəkinməyə çağırırıq. Balıq və digər su bioresurslarının ov qaydalarını pozan, o cümlədən qanunsuz balıq ovu ilə məşğul olan şəxslər İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Balıqçılıq və Akvakultura Mərkəzinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Xəzər dənizində və daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirir və qanun pozuntularına qarşı müvafiq tədbirlər görür", - deyə nazirlik bəyan edib.

Chosen
30
15
unikal.az

10Sources