EN

Əməkdar artist mərhum oğlunun həyata keçməyən arzusundan DANIŞDI

Əməkdar artist Rəhman Rəhmanov mərhum müğənni oğlu Emil Rəhmanovla bağlı duyğusal xatirələrini bölüşüb.

Ölkə.az xəbər verir ki, Milli.Az-ın məlumatına görə, aktyor bildirib ki, oğlu son dövrlərdə həyatında müsbət dəyişikliklər etmiş, imkanlarının da yaxşılaşması ilə müxtəlif məclislərə dəvət olunmağa başlamışdı.

Aktyor əlavə edib ki, o, həmin evin yerində iki mərtəbəli yeni ev tikməyi planlaşdırmağı təklif etsə də, Emil bu arzunu həyata keçirməyə macal tapmayıb və qəfil səhhət problemi səbəbindən dünyasını dəyişib.

"Emil son zamanlar çox yaxşılaşmışdı. İmkanı da yaxşı idi, onu məclislərə dəvət edirdilər. Hər şeyi vardı, evi, bahalı maşını. Mənə dedi ki, gedək bağ alaq. Mindik maşına, getdik Bilgəhə, orada almaq istəyirdi. Həyətdə köhnə ev idi. Oğlum dedi ki, bu evi sökək, 2 mərtəbə ev tikək, 1-ci mərtəbə sənin, 2-ci isə mənim olar. Elə bu fikirdə idi ki, damarında yaranan tıxanmadan vəfat etdi".

Rəhman Rəhmanovun sözləri tamaşaçılar tərəfindən kövrək duyğularla qarşılanıb.

Chosen
1
olke.az

1Sources